Zahid Oruc vəzifəsini itirdi, təşkilatı ləğv olundu
Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc vəzifəsini itirib.
Crossmedia.az xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" və "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" publik hüquqi şəxslərin yenidən təşkili haqqında Fərman imzalayıb.
Fərmana görə "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs "Sosial Tədqiqatlar Mərkəzi" publik hüquqi şəxsin ona qoşulması yolu ilə birləşib.
Fərmanla müəyyən edilir ki, "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən, habelə ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına (qurumlarına) təqdim edən publik hüquqi şəxsdir.
17:00 20.02.2026
Oxunuş sayı: 879