Ermənipərəst senator Vaşinqtonda təxribatçıları müdafiə etdi
Vaşinqtonda fəaliyyət göstərən bir qrup antimilli şəxs şovinist erməni dairələri və ANCA tərəfindən dəstəklənərək təxribat xarakterli aksiya keçirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onların aksiyasına Azərbaycana qarşı mövqeyi ilə tanınan Frank Pallone də reaksiya verib. Pallonenin erməni lobbisi ilə sıx əlaqələri olduğu və uzun illər Azərbaycan əleyhinə mövqe sərgilədiyi qeyd olunur.
Qrup beynəlxalq tədbir günü Vaşinqtonda təhlükəsizlik qaydalarını pozmağa cəhd edib, lakin onların hərəkətlərinin qarşısı ABŞ polisi tərəfindən alınıb. Məqalədə vurğulanır ki, əvvəllər Azərbaycan əleyhinə fəaliyyəti ilə tanınan Bob Menendez cəza aldığı kimi, Pallonenin də oxşar aqibətlə üzləşə biləcəyi iddia olunur.

11:17 20.02.2026
Oxunuş sayı: 576