Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribat xarakterli hərəkətlərin qarşısı alınıb
ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclasında iştirak edən Azərbaycan dövlət rəhbərliyinə qarşı bir qrup radikal ünsür tərəfindən təxribat xarakterli hərəkətlərə cəhd göstərilib.
Crossmedia.az xəbər verir ki, onlar dövlət rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirib, eyni zamanda mühafizə olunan əraziyə daxil olmağa çalışıblar.
Lakin Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları və Vaşinqton polisi operativ şəkildə müdaxilə edərək vəziyyəti nəzarət altına alıblar.
İlkin məlumatlara əsasən, insident nəticəsində ciddi pozuntu qeydə alınmayıb.
Bundan başqa sosial şəbəkələrdə yayılan videogörüntülərdə radikal qrup üzvlərinin açıq şəkildə nalayiq ifadələr işlətdiyi eşidilir.
Qeyd edək ki, görüntülər hadisənin təxribat xarakteri daşıdığını göstərir.
23:32 19.02.2026
Oxunuş sayı: 481