Emin Əmrullayev ICESCO-nun baş direktoru ilə görüşüb
Fevralın 17-də elm və təhsil naziri Emin Əmrullayev İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malikin dəvəti ilə ICESCO-nun Rabat şəhərində yerləşən Baş qərargahında səfərdə olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Nazir təşkilatın Baş qərargahı ilə tanış olub, daha sonra ICESCO-nun baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik ilə ikitərəfli görüş keçirib.
Görüş zamanı iki qurum arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
10:00 18.02.2026
Oxunuş sayı: 280