Strateji qarşılıqlı əlaqələrin gücləndirilməsi Bakıda müzakirə olunur
Bakda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “C6: Vahid region, ortaq gələcək strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.
Crossmedia.az xəbər verir ki, tədbir ekspert dialoqu formatında təşkil edilib və Azərbaycanın Mərkəzi Asiya ölkələri dövlət başçılarının görüşləri üçün məşvərət platformasına qoşulması məsələlərinə həsr olunub.
Konfrans çərçivəsində regional əməkdaşlığın genişlənməsi və strateji qarşılıqlı əlaqələrin gücləndirilməsi perspektivləri müzakirə ediləcək.
10:04 18.02.2026
Oxunuş sayı: 621