DİM qəbul imtahanlarına qeydiyyat tarixlərini açıqladı
Bu gündən etibarən ali təhsil müəssisələrinə qəbul imtahanlarına qeydiyyat başlanır.
Crossmedia.az xəbər verir ki, imtahanlarda iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) fevralın 18-dən martın 5-dək aparılacaq.
Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi aprelin 19-da keçiriləcək.
09:17 18.02.2026
Oxunuş sayı: 783