İlham Əliyev: Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir
Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir, bir çox gözlənilməz ssenarilər mövcuddur.
Crossmedia.az "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında deyib.
"Dostum Prezidentlə geniş müzakirələr apardım. Həmişə olduğu kimi, onun bugünkü geosiyasi hadisələrin inkişafının müxtəlif aspektləri ilə bağlı bağlı baxışı, bilik və təcrübəsi məndə güclü təəssürat yaratdı. Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir, bir çox gözlənilməz ssenarilər mövcuddur. Ona görə də fikir mübadiləsi, məlumat mübadiləsi aparmaq, baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün hazır və daimi əlaqədə olmalıyıq ki, hədəfimizə maksimum dərəcədə çataq", - Azərbaycan Prezidenti deyib.
20:23 15.02.2026
Oxunuş sayı: 454