Suriya hökuməti nəzarəti genişləndirir: Qamışlıya təhlükəsizlik qüvvələri yerləşdirildi
Suriya təhlükəsizlik qüvvələri ölkənin şimal-şərqində yerləşən Qamışlı şəhərinə daxil olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Suriya Daxili İşlər Nazirliyinin bölmələri şəhərə yerləşdirilməyə başlayıb.
Yerli sakinlər təxminən 20 nəqliyyat vasitəsi və 100-ə yaxın təhlükəsizlik əməkdaşından ibarət karvanı səmimi şəkildə qarşılayıblar.
Qeyd edək ki, Suriya hökuməti YPG ilə “hərtərəfli razılaşma” əldə edildiyini açıqlayıb.
Bu razılaşma ölkədə mövcud olan bölünmələrə son qoymağı və təhlükəsizlik, inzibati və hərbi strukturların tam inteqrasiyası üçün yeni mərhələnin əsasını qoymağı hədəfləyir.
22:50 03.02.2026
Oxunuş sayı: 582