Somalilanddan iddialı açıqlama: ABŞ bizi tanıyacaq
ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı daxil olmaqla bir sıra ölkələr gələcəkdə Somalilandı rəsmi şəkildə tanıyacaq.
Crossmedia.az xəbər verir ki, Somaliland prezidenti Əbdirəhman Məhəmməd Abdullahi "Reuters" agentliyinə açıqlamasında bildirib.
Prezident qeyd edib ki, beynəlxalq tanınma prosesi adətən vaxt aparır.
Lakin bu istiqamətdə siyasi və diplomatik zəmin artıq formalaşıb.
Abdullahinin sözlərinə görə, Somaliland Vaşinqtonla yaxşı münasibətlər saxlayır. ABŞ prezidenti Donald Trampın bir gün ölkəni rəsmi olaraq tanıya biləcəyinə inanır.
O vurğulayıb ki, Somaliland regionda sabitlik və təhlükəsizliyə töhfə verən məsuliyyətli tərəfdaş kimi çıxış edir və beynəlxalq birlik tərəfindən tanınmağa layiqdir.
22:25 03.02.2026
Oxunuş sayı: 429