Türkiyə "masaya çıxır": Tehran və Vaşinqton arasında diplomatik körpü
Ankara hökuməti İran və ABŞ arasında gərginliyin azaldılması üçün vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının “Aşşarq al-avsat” qəzetinə verdiyi müsahibədə deyib.
Prezident qeyd edib ki, Türkiyə regionda sabitliyin qorunmasını prioritet hesab edir.
Bu məqsədlə Tehran və Vaşinqtonla diplomatik təmaslarını davam etdirir: “Gərginliyi azaltmaq və problemləri həll etmək üçün İran və ABŞ arasında vasitəçi kimi çıxış etməyə hazır olduğumuzu təsdiqləyirik. Bu istiqamətdə əlaqələrimizi davam etdirəcəyik. İrana qarşı bütün səviyyələrdə hər hansı bir hərbi əməliyyata qarşı olduğumuzu bildirmişik”.
Onun sözlərinə görə, hərbi eskalasiya region üçün ciddi risklər yaradar və dialoqdan başqa alternativ yol yoxdur.
22:15 03.02.2026
Oxunuş sayı: 418