ABŞ İrana xəbərdarlıq etdi: Sui-istifadəyə yol yoxdur
İran rəsmilərinin ABŞ vizalarından sui-istifadəsinə icazə verilməyəcək.
Crossmedia.az xəbər verir ki, ABŞ Dövlət Katibinin Konsulluq məsələləri üzrə İran əsilli köməkçisi Mura Namdar bildirib.
Namdar ABŞ dövlət katibi Marko Rubionun qərarından sonra “X” hesabında paylaşım edərək yazıb:
"Amerika Birləşmiş Ştatları cəsur İran xalqının yanındadır. Xalqının əsas hüquqlarını qəddarcasına boğan İslam Respublikası rejiminin rəsmilərinə və onların yaxın ailə üzvlərinə Amerikanın miqrasiya və viza sistemlərinin üstünlüklərindən sui-istifadə etməyə icazə verməyəcəyik”.
Bu açıqlama İran rejimi rəsmiləri və ailələrinin ABŞ vizaları və digər miqrasiya imkanlarından məhrum olunacağını bir daha təsdiqləyir. Tehran üçün diplomatik xəbərdarlıq xarakteri daşıyır.
20:09 30.01.2026
Oxunuş sayı: 736