Hakan Fidan: Tək dövlət – tək ordu prinsipi pozula bilməz
Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşq administrasiyası ilə SDF/YPG arasında mümkün razılaşmalara münasibət bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O qeyd edib ki, Türkiyə tərəflərin kimliyindən asılı olmayaraq əldə edilən razılaşmaları prinsip etibarilə dəstəkləyir.
Lakin Ankaranın milli təhlükəsizliklə bağlı qırmızı xətləri mövcuddur və bu xətlər nəzərə alınmalıdır.
Fidan vurğulayıb ki, SDF əslində PKK-nın bir uzantısıdır və PKK dörd ölkədə – Suriya, İraq, İran və Türkiyədə fəaliyyət göstərən qollara malikdir.
Onun sözlərinə görə, Suriya vətəndaşı olmayan bu şəxslərin əsas məqsədi Türkiyənin milli təhlükəsizliyinə zərər verməkdir.
Nazir əlavə edib ki, Kürd Polis Qüvvələri və digər texniki məsələlər Dəməşq və SDF arasında tənzimlənə bilər.
Türkiyə bu kimi mikro-idarəetməyə qarışmaq niyyətində deyil. Lakin suveren və unitar dövlətdə iki ordunun mövcudluğu qəbuledilməzdir: “Tək bir dövlət varsa, tək bir ordu olmalıdır və o ordu da tək bir hakimiyyət tərəfindən idarə edilməlidir. Bu yalnız belə ola bilər”.
Fidanın açıqlaması Türkiyənin Suriyanın ərazi bütövlüyü və milli təhlükəsizlik məsələlərində mövqeyinin dəyişməz qaldığını bir daha nümayiş etdirir.
20:00 30.01.2026
Oxunuş sayı: 814