Braziliyada köpəkbalığı yeniyetməni parçaladı
Braziliyanın 13 yaşlı sakini Deyvison Roşa Dantas köpəkbalığı hücumundan sonra həyatını itirib.
Crossmedia.azın xəbərinə görə, bu barədə "Agencia Brasil" nəşri məlumat verib.
Məlumata görə, hadisə Pernambuko ştatının Olinda şəhəri sahillərində baş verib. Yeniyetmə dostları ilə üzərkən köpəkbalığının hücumuna məruz qalıb.
Yaralı oğlan sahilə çıxarılıb və xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
02:26 31.01.2026
Oxunuş sayı: 370