İran–ABŞ–İsrail qarşıdurması üçüncü mərhələyə keçdi
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ölkəsinin ABŞ və İsrail ilə davam edən qarşıdurmasının üçüncü mərhələyə daxil olduğunu açıqlayıb.
Onun sözlərinə görə, mövcud proseslər əvvəlki mərhələlərin davamı kimi qiymətləndirilməlidir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Qəribabadi bildirib ki, birinci mərhələ 12 gün davam edən müharibə, ikinci mərhələ isə müharibənin bitməsindən yeddi ay sonra baş verən iğtişaşlar olub.
Hazırda isə qarşıdurmanın üçüncü mərhələsi başlayıb və bu mərhələdə tərəflərin taktikasında dəyişiklik müşahidə olunur.
20:15 28.01.2026
Oxunuş sayı: 614