Tarixi addım: Türkiyə Ermənistana qarşı ilk dəfə bu addımı atdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanda həlak olan hərbçilərin ailələri, təqaüdçülər və xüsusi qayğıya ehtiyacı olan ailələr də daxil olmaqla, cəmiyyətin həssas təbəqələrinin dəstəklənməsi məqsədilə 10 milyon ABŞ dolları məbləğində maddi yardım ayrılması barədə sərəncam imzalayıb.
Crossmedia.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Bu, Ankaranın Ermənistana ayırdığı ilk birbaşa maddi dəstək paketidir.
Bildirilir ki, ayrılan vəsait Ermənistanın Baş nazirinin həyat yoldaşı Anna Hakobyanın rəhbərlik etdiyi Mənim Addımım xeyriyyə fonduna yönəldiləcək.
Qeyd olunur ki, yardım humanitar xarakter daşıyır və sosial müdafiəyə ehtiyacı olan qrupların rifahının yaxşılaşdırılmasına xidmət edəcək.
17:13 26.01.2026
Oxunuş sayı: 506