Azərbaycanlı alimlərin adları bu siyahıya düşdü
Stenford Universitetinin yüksək reytinq siyahısında biologiya və tibb elmləri sahəsində fəaliyyət göstərən azərbaycanlı alimlərin də adları yer alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.
Sıyahıya Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq laboratoriyalarının rəhbərləri – Rusiya Elmlər Akademiyasının müxbir üzvü Süleyman Allahverdiyev və professor Qərib Mürşüdovun adları daxil edilib.
Eyni zamanda, Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun beynəlxalq laboratoriyasının müdiri Asəf Salamov, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru tibb elmləri doktoru, professor Adil Allahverdiyev və Bakı Dövlət Universitetinin professoru Rövşən Xəlilovun da adları bu siyahıda yer alıb.
17:44 21.01.2026
Oxunuş sayı: 1107