Netanyahu: Qəzza Şurası İsrail ilə razılaşdırılmayıb
Qəzza İdarəetmə Şurasının tərkibi İsrail tərəfindən razılaşdırılmayıb və onun siyasətinə ziddir.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
Netanyahu ofisinin məlumatına görə, xarici işlər naziri Gideon Saara ABŞ dövlət katibi Marko Rubio ilə bu məsələni müzakirə edəcək.
Xatırladaq ki, 9 oktyabr 2025-ci ildə İsrail və radikal Fələstin hərəkatı HƏMAS, Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ prezidentinin təqdim etdiyi sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəldilər. Növbəti gün Qəzza zolağında atəşkəs qüvvəyə mindi. Razılaşmanın ikinci mərhələsi isə İsrail qoşunlarının anklavdan çıxarılmasını, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini və Sülh Şurası daxil olmaqla, zolağı idarə edən strukturların fəaliyyətə başlamasını nəzərdə tutur.
Səriyyə Tağıyeva
23:45 17.01.2026
Oxunuş sayı: 1208