Ukraynada rezonans yaradan qərar: Timoşenko həbs olunmadı
Kiyev məhkəməsi sabiq baş nazir Yuliya Timoşenkoya həbs qəti imkan tədbiri tətbiq etməyib. Onun üçün 33 milyon qrivna (təxminən 760 min ABŞ dolları) girov təyin olunub və Kiyev vilayətini tərk etməsi qadağan edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd edək ki, Timoşenkoya Ukrayna parlamentində səsvermələr zamanı korrupsiya ittihamı verilib, sabiq nazir isə özünü təqsirli bilmir.
Fatimə Məmmədova
17:50 16.01.2026
Oxunuş sayı: 1275