Pezeşkian ABŞ-ni İranda iğtişaşları qızışdırmaqda ittiham edib
İran Prezidenti Məsud Pezeşkian ABŞ-ni diplomatiyaya zərbə vurmaqda və ölkədə qeyri-sabitlik yaratmağa cəhd göstərməkdə günahlandırıb.
Crossmedia.az Tasnim agentliyinə istinadən xəbər verir.
Onun sözlərinə görə, Vaşinqton danışıqlar fonunda beynəlxalq normaları pozaraq insanlığa qarşı cinayətlər törədib və indi də bənzər üsullarla İranda iğtişaşlar yaratmağa çalışır.
Pezeşkian vurğulayıb ki, İran xalqı bütün bu cəhdlərə baxmayaraq, dövlətini və mövcud quruluşu əvvəlkindən də güclü şəkildə dəstəkləyəcək.
10:48 11.01.2026
Oxunuş sayı: 1820