Pakistan HDQ hava hücumundan müdafiə və pilotsuz silah sistemlərini sınaqdan keçirib
Pakistan Hərbi Dəniz Qüvvələri Ərəb dənizinin şimal hissəsində keçirilən təlimlər zamanı hava hücumundan müdafiə sistemi və avtonom silah platformalarının uğurlu sınaqlarını həyata keçirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Şaquli buraxılış qurğusundan atılan orta mənzilli LY-80 zenit raketi havadakı təlim hədəfini dəqiq məhv edib.
Genişmiqyaslı manevrlər çərçivəsində şərti düşmənin suüstü hədəfləri barraj edən döyüş sursatları ilə vurulub, həmçinin ekipajsız katerlər real şəraitdə sınaqdan keçirilib ki, bu da Pakistanın avtonom silah sistemləri sahəsində ciddi irəliləyişini nümayiş etdirib.
Səriyyə Tağıyeva
10:41 11.01.2026
Oxunuş sayı: 1883