Moskvada 146 ilin ən güclü qar fırtınalarından biri qeydə alınıb
Rusiyanın paytaxtı Moskva və ətraf ərazilərində 9 yanvar tarixində baş verən qar fırtınası 146 illik meteoroloji müşahidələr tarixində ən güclülərdən biri hesab edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, bu qar yağıntısı bütün meteoroloji müşahidələr dövründə ən güclü beş qar fırtınası siyahısına daxildir. Həmçinin vurğulanıb ki, bu fırtına 21-ci əsr ərzində Moskvada qeydə alınan üç ən güclü qar yağıntısından biridir.
Fatimə Məmmədova
10:30 11.01.2026
Oxunuş sayı: 1607