Süni intellekt İtaliyada itkin alpinisti tapdı
İtaliyanın Piemonte bölgəsində itkin düşən alpinist Nicola Ivaldo həftələrlə davam edən axtarışlar nəticəsiz qaldıqdan sonra dron görüntülərini analiz edən süni intellekt sayəsində saatlar içində tapılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Belə ki, 66 yaşlı alpinist Monviso dağının şimal yamacında 3 150 metr yüksəklikdə aşkar edilib.
Məlumata görə, axtarışlarda dronlar helikopterlərin çata bilmədiyi sərt ərazilərdə manevr edərək 2 600-dən çox fotoşəkil çəkib və süni intellekt anomaliyaları təhlil edərək insanların diqqətini doğru nöqtələrə yönəldib.
Fatimə Məmmədova
10:08 11.01.2026
Oxunuş sayı: 1330