İranda təhlükəsizlik qüvvələri küçələrdə ölüm saçır
Dünən sosial mediada paylaşılan görüntülərdə İranın paytaxtı Tehranın cənubunda yerləşən Kəhrizək bölgəsində 20-dən çox meyit torbasının toplandığı görünür.
Paylaşımlarda bu meyitlərin son iki gecə ərzində keçirilən etirazlar zamanı öldürülən şəxslərə aid olduğu iddia olunur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Yerli mənbələrin məlumatına görə, etirazlar zamanı həlak olanların bir qismi İslam Respublikasının təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həyatını itirib. Bildirilir ki, yalnız Tehranda ölənlərin sayı azı 200 nəfərə çatır.
09:46 11.01.2026
Oxunuş sayı: 1588