Orban yenidən Baş nazir postuna namizəd oldu
Macarıstanın hakim Fidesz partiyası Baş nazir Viktor Orbanı qarşıdan gələn parlament seçkilərində namizəd kimi irəli sürüb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Partiyanın 31-ci qurultayında Orbanın namizədliyi yekdilliklə dəstəklənib və alternativ təkliflər olmayıb.
Orban partiya yoldaşlarına etimad göstərdikləri üçün təşəkkür edib və hökumət başçısı kimi fəaliyyətini davam etdirməyə hazır olduğunu bildirib.
21:22 10.01.2026
Oxunuş sayı: 2194