İran ordusundan xəbərdarlıq: Əmlaka toxunmayın
İran Silahlı Qüvvələri ölkədə davam edən etirazlar və iğtişaşlar fonunda vəziyyəti qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti bildirib ki, düşmən, sionist rejimin və terrorçu qrupların dəstəyi ilə şəhərlərdə asayişi pozmağa çalışır.
Sənəddə həmçinin qeyd olunur ki, silahlı qüvvələr ictimai əmlakı qoruyacaq və vətəndaşları düşmənin planlarını pozmaq üçün ayıq-sayıq olmağa çağırır.
21:00 10.01.2026
Oxunuş sayı: 2144