Cənubi Afrika sahillərində ilk BRİCS+ hərbi dəniz təlimləri başlayıb
Cənubi Afrika sahillərində ilk dəfə BRİCS+ hərbi dəniz təlimləri start götürüb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, təlimlərdə Rusiya, Çin, İran və Cənubi Afrika dəniz qüvvələri iştirak edir.
Mərkəzi Afrika Respublikası (CAR) təlimlərdə iştirakı ilə ölkə daxilində Rəsmi Pretoriyanın neytral siyasətdən imtina etdiyi kimi qiymətləndirilib. Müxalifət bu səbəbdən iqtidarı tənqid edib.
Çin təlimlərdə geniş heyət və gəmilərlə iştirak edir. Təlimlərin ABŞ-nin Atlantikada son fəallığı ərəfəsində keçirilməsi diqqət çəkir.
Nəzrin Abbas
13:40 10.01.2026
Oxunuş sayı: 1693