Trampdan İrana xəbərdarlıq: Etirazçılara qarşı gəlinsə, sərt zərbəyə hazır olun
ABŞ-nin prezidenti Donald Tramp İranda baş verən etiraz aksiyaları ilə bağlı açıqlama verib. O bildirib ki, İran hakimiyyəti etirazçılara qarşı keçmişdə olduğu kimi zorakılığa əl atarsa, ABŞ müdaxilə edəcək.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Biz açıq şəkildə bildirdik ki, əgər onlar insanları əvvəl etdikləri kimi öldürməyə başlasalar, biz müdaxilə edəcəyik. Onlara ən ağrılı nöqtədən çox sərt zərbə endirəcəyik. Bu, quru qoşunlarının göndərilməsi demək deyil, lakin ən həssas yerlərindən vurulacaqlar”, — deyə Tramp vurğulayıb.
Nəzrin Abbas
09:52 10.01.2026
Oxunuş sayı: 1598