X platformasında İran bayrağı dəyişdirildi
X sosial şəbəkəsinin veb-versiyasında İran bayrağının təsviri dəyişdirilərək onun yerinə “Şir və Günəş” simvolu yerləşdirilib. Bu simvol İranın keçmiş dövlət rəmzlərindən biri hesab olunur.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Eyni zamanda, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei X platformasındakı rəsmi səhifələrindən İran bayrağının təsvirini silib. Bunun texniki dəyişiklik, yoxsa siyasi qərar olduğu barədə hələlik rəsmi açıqlama verilməyib.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Nəzrin Abbas

09:45 10.01.2026
Oxunuş sayı: 1839