Rusiya Kiyevdə bu səfirliyi vurdu: Skandal böyüyür
Rusiya Xarici İşlər Nazirliyi Kiyevdə diplomatik nümayəndəliklərə dəyən ziyana görə məsuliyyəti rədd edib.
Crossmedia.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Nazirlik açıqlama yayıb.
Nazirliyin yaydığı açıqlamada bildirilib ki, diplomatik nümayəndəliklər heç vaxt Rusiya Silahlı Qüvvələri tərəfindən hədəfə alınmayıb.
Rəsmi mövqeyə görə, Qətərin Kiyevdəki səfirliyinin yaxınlığında hərbi hədəf mövcud olmayıb və binaya dəyən ziyan Ukraynanın hava hücumundan müdafiə sistemində yaranan nasazlıqla əlaqələndirilir.
Qeyd edək ki, daha əvvəl Rusiyanın Kiyevə həyata keçirdiyi hücumlar zamanı Azərbaycanın Ukraynadakı səfirliyi də zərər görüb. Həmin vaxt da Rusiya baş verənlərə görə məsuliyyəti üzərinə götürməyib.
09:42 10.01.2026
Oxunuş sayı: 1809