Narkotik qalmaqalı: Məşhur isimlər də siyahıdadır
Türkiyənin İstanbul şəhərində keçirilən genişmiqyaslı narkotik əməliyyatı zamanı bir sıra tanınmış şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Crossmedia.az bu barədə "Haber Global"a istinadən xəbər verir.
İstanbul Baş Prokurorluğunun apardığı istintaq prosesi hazırda da davam etdirilir və əməliyyatın əhatə dairəsi genişləndirilib.
Məlumata əsasən, narkotik vasitələrin qanunsuz dövriyyəsi və fahişəliyə təşviq ittihamları ilə keçirilən əməliyyat çərçivəsində Ceren Alper, Selen Görgüzel, Ayşe Sağlam və Nilüfer Batur Tokgöz də daxil olmaqla bir neçə tanınmış şəxs saxlanılıb.
Xatırladaq ki, son dövrlərdə Türkiyədə bir neçə məşhur şəxs narkotik maddələrdən istifadə və satış şübhəsi ilə saxlanılıb, bəzi şəxslər barəsində isə axtarış elan edilib.
08:41 10.01.2026
Oxunuş sayı: 2110