Yekaterinburqda üç azərbaycanlının həbs müddəti uzadılıb
Yekaterinburq şəhərinin Verx-İsetski Rayon Məhkəməsi istintaq orqanlarının vəsatətini təmin edərək, azərbaycanlılar - Əziz Abbasov, Şahin Lalayev və Əhliman Gənciyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıb. Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslər 2026-cı il martın 29-dək həbsdə saxlanılacaqlar.
Crossmedia.az xəbər verir ki,məlumata görə, məhkəmə istintaqın mövqeyini əsaslı hesab edib və iş üzrə istintaq hərəkətlərinin davam etdirilməsi zərurətini nəzərə alıb. İstintaq tərəfi bildirib ki, təqsirləndirilən şəxslərin azadlığa buraxılması istintaqın gedişinə mane ola, eləcə də şahidlərə təsir göstərilməsi və ya gizlənmə riski yarada bilər.
Qeyd edək ki, işin detalları və irəli sürülən ittihamların mahiyyəti rəsmi olaraq tam açıqlanmayıb. Müdafiə tərəfinin qərardan apellyasiya şikayəti verib-verməyəcəyi hələlik məlum deyil.
İş üzrə istintaq davam etdirilir.
Nastya Qəniyeva
20:42 18.12.2025
Oxunuş sayı: 955