Unun topdansatış qiymətləri AÇIQLANDI
Ölkə üzrə fəaliyyət göstərən un istehsalçıları və topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin satış qiymətləri açıqlanıb.
Crossmedia.az xəbər verir ki, siyahıya Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şabran, Xaçmaz, Salyan, Tovuz, Ağsu, Göygöl, Şəmkir və digər bölgələrdə fəaliyyət göstərən ümumilikdə 28-dən çox sahibkarlıq subyekti daxildir.
Məlumata görə, 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətləri əsasən 26,10 manat - 28,60 manat aralığında dəyişir. Ən aşağı qiymət Şabran rayonunda fəaliyyət göstərən "Dəvəçi-Taxıl" MMC-də (26.1 manat), ən yüksək qiymət isə Gəncə şəhərində yerləşən "Azeri-Arapoğlu U.S. və T. LTD" BM-də (28.6 manat) qeydə alınıb.
19:45 18.12.2025
Oxunuş sayı: 1356