Azərbaycan-Gürcüstan sərhədində gömrük prosedurlarının sadələşdirilməsi müzakirə olunub
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri İrakli Beraia Azərbaycanın səfiri Faiq Quliyevlə işgüzar görüş keçirib.
Crossmedia.az xəbər verir ki, görüşdə Gürcüstan və Azərbaycan arasında yük dövriyyəsinin artırılması kontekstində regional əhəmiyyətli layihələr və ikitərəfli tərəfdaşlıq məsələləri müzakirə edilib.
Tərəflər sərhəd keçidlərində gömrük prosedurlarının sadələşdirilməsinə xüsusi diqqət yetiriblər. Birgə “İpək Yolu” gömrük-keçid məntəqəsinin tikintisinin əhəmiyyəti müzakirə olunub.
15:37 17.12.2025
Oxunuş sayı: 1355