Kobaxidze: Gürcüstan və Azərbaycan arasında müstəsna dostluq münasibətləri mövcuddur
Azərbaycan Gürcüstanın xüsusi dostudur. İki ölkənin hökumətləri arasında müstəsna dostluq münasibətləri mövcuddur.
Crossmedia.az xəbər verir ki, baş nazir bunu İctimai Televiziyaya verdiyi müsahibəsində bildirib.
"Türkmənistanda Azərbaycanın Baş naziri Əli Əsədovla çox səmimi görüşüm oldu. Ümumilikdə, Azərbaycan bizim xüsusi dostumuzdur və hökumətlər arasında müstəsna dostluq münasibətləri qurulub, ona görə də hər hansı bir məsələdə ortaq məxrəc tapmaq bizim üçün çətin olmayacaq", - deyə Gürcüstanın Baş naziri vurğulayıb.
Kobaxidzenin sözlərinə görə, danışıqların mövzusu Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə daşımalara dair yekun razılığın əldə olunmasıdır.
"Həm Azərbaycan, həm də Ermənistan tərəflərinin maraqları bizim üçün vacibdir. Bizim də öz maraqlarımız var və inanıram ki, danışıqların nəticələrinə əsasən, hər üç ölkənin maraqlarına xidmət edəcək ən yaxşı yolu asanlıqla tapacağıq", - deyə baş nazir qeyd edib.
23:40 16.12.2025
Oxunuş sayı: 1217