Xocalı qurbanlarının yaxınlarına amnistiya veriləcək
Ermənistanın hərbi təxribatları və Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına amnistiya tətbiq olunacaq.
Crossmedia.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin Qərar layihəsində öz əksini tapıb.
Qərar layihəsinə əsasən, Vətən müharibəsi dövründə Ermənistanın hərbi təxribatları nəticəsində əlil olmuş və ya həlak olmuş şəxslərin yaxın qohumlarına, həmçinin Xocalı soyqırımında həyatını itirmiş şəxslərin ailə üzvlərinə amnistiya tətbiq ediləcək.
Bu qərar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda həyatını itirənlərin ailələrinə dövlət tərəfindən yüksək ehtiramın və dəstəyin göstəricisi olaraq qəbul edilir.
14:59 16.12.2025
Oxunuş sayı: 1056