Azərbaycan beynəlxalq kosmik əməkdaşlıq sazişinə üzv olur
Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı beynəlxalq sazişə qoşulur.
Crossmedia.az xəbər verir ki, bununla bağlı layihə Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Belə ki, "Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş"ə qoşulmaq barədə qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
12:03 16.12.2025
Oxunuş sayı: 1088