Müdafiə sahəsində əməkdaşlıq: Azərbaycan Pakistan və Özbəkistanla saziş imzalamağı planlaşdırır
Azərbaycanın Pakistan və Özbəkistanla da müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə xidmət edən sazişlər imzalaması təklif olunur.
Crossmedia.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə Müdafiə nazirlikləri arasında imzalanan memorandum buna nümunə olmalıdır:
"Bu sənəd hərbi əməkdaşlıq və təhlükəsizlik, müdafiə sahəsində qarşılıqlı yardım, təlim, təchizat və tərəflərin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını təmin edir. Biz bu cür sənədləri Pakistan və Özbəkistanla da imzalamalıyıq".
11:55 16.12.2025
Oxunuş sayı: 1083