Şahbaz Şərif İran, Rusiya və Türkiyə prezidentləri ilə görüşəcək
Pakistanın Baş naziri Şahbaz Şərif Aşqabada səfəri çərçivəsində İran, Rusiya və Türkiyə prezidentləri ilə ikitərəfli görüşlər keçirəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Pakistanın Türkmənistandakı səfirliyi məlumat yayıb.
Qeyd edək ki, Ş.Şərif Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Aşqabadda səfərdədir.
21:51 11.12.2025
Oxunuş sayı: 1008