İran ali rəhbəri Xameneyi: Ölkə informasiya müharibəsinin mərkəzindədir
İranın ali rəhbəri Əli Xameneyi Məhəmməd Peyğəmbərin qızı Həzrət Fatimeyi Zəhranın mövludu münasibətilə keçirilən mərasimdə ölkənin hazırkı vəziyyətini “geniş təbliğat və media müharibəsi” fonunda dəyərləndirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Xameneyinin sözlərinə görə, düşmənin əsas məqsədi İran xalqının ürəyini, düşüncəsini və beynini dəyişdirməkdir. O bildirib ki, hərbi basqılarla ölkəni nəzarət altına almağın mümkün olmadığını anlayan qüvvələr informasiya mübarizəsinə üstünlük verirlər.
Xameneyi bəzi dairələrin qəsdən “panika yaratmaq” və cəmiyyətdə qorxu, şübhə hissi formalaşdırmaq istədiyini qeyd edib. O vurğulayıb ki, İran buna qarşı dayanacaq və hazırkı vəziyyəti ölkə üçün əsas təhlükə hesab edilən “informasiya müharibəsi” kimi qiymətləndirir.
Türkan Kərimli
21:05 11.12.2025
Oxunuş sayı: 871