ABŞ B-52H bombardmançıları Yapon Dənizində “güc nümayişi” edib
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki B-52H bombardmançısı Yapon Dənizində uçuş həyata keçirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bombardmançılar Yaponiyanın Komatsu Hərbi Hava Bazasında yerləşən 6-cı Hava Korpusunun 303-cü və 306-cı taktiki döyüş eskadrilyalarına məxsus F-15DJ və F-15J təyyarələri, eləcə də JASDF F-35 və F-15-ləri ilə birgə uçub.
Xəbərdə bildirilir ki, bu uçuş Çin və Rusiya tərəfindən Yaponiyaya və Cənubi Koreyaya qarşı həyata keçirilən bir neçə aqressiv hərəkətə cavab idi.
Okinava sahillərində Çin Xalq Azadlıq Ordusu Donanmasının döyüş təyyarələrinin Yapon F-15J-lərinə radar kilidi atması vəziyyəti daha da gərginləşdirib.
23:50 11.12.2025
Oxunuş sayı: 1517