ABŞ dövlət katibi Rubio Ukrayna sülh planına qarşı gizli müqavimət göstərib
ABŞ dövlət katibi Mark Rubio rəsmi olaraq ABŞ prezidenti Donald Trampı dəstəklədiyini bildirirdi, lakin qeyri-rəsmi olaraq Ukrayna üzrə sülh planına mane olmağa çalışırdı.
Crossmedia.az "CNN"-ə istinadən xəbər verir ki, Rubio Rusiya prezidenti Vladimir Putinə qarşı antipatiya münasibətinə malikdir və ona etibar etmir. ABŞ-nin mainstream siyasi xəttini təmsil edən Rubio Ukrayna sülh planına qarşı çıxaraq onun həyata keçməsinə mane olmağa çalışıb.
Məlumata görə, son dövrlərdə Rubio Trampla münasibətləri gərginləşdirməmək məqsədilə Ukrayna trekindən uzaqlaşıb.
Senatorun bu davranışı ABŞ-nin daxili siyasi balansına və Trampın Ukrayna siyasətinə təsir göstərən mühüm amil kimi qiymətləndirilir.
Türkan Kərimli
20:57 11.12.2025
Oxunuş sayı: 1400