Sarkisyan: Paşinyan Qarabağı tez bir zamanda təhvil verdi
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan dekabrın 11-də məhkəmə binası qarşısında jurnalistlərin suallarını cavablandırarkən, Azərbaycanın Xarici İşlər Nazirliyinin son açıqlamasına münasibət bildirib. O, tərəflərin sülh istiqamətində irəlilədiyini, lakin deyilən bəyanatlara tam inanmağın doğru olmadığını deyib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Sarkisyana “Niyə 2018-ci ilə qədər Qarabağ məsələsini həll etmədiniz?” sualı ünvanlandıqda o, problemin müəyyən müddətə bağlanmasının mümkün olmadığını vurğulayıb və bunu “beş ayda uşaq dünyaya gətirməyi tələb etməyə” bənzədib.
Sabiq prezident əlavə edib ki, onlar məsələni müsbət həll etmək üçün çalışıblar, lakin Baş nazir Nikol Paşinyanın “qısa zamanda hər şeyi təhvil verdiyini” iddia edib.
20:30 11.12.2025
Oxunuş sayı: 1155