ABŞ-nin hərbi addımları regionda narahatlıq yaradır- Sergey Şoyqu
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Laos səfəri zamanı jurnalistlərə açıqlama verərək bildirib ki, ABŞ-nin Tayvan və Filippinlərdə həyata keçirdiyi hərbiləşdirmə siyasəti həm Rusiya, həm də region ölkələri üçün ciddi narahatlıq doğurur.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Şoyqu qeyd edib ki, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası ətrafında formalaşmış təhlükəsizlik sistemi müəyyən ölkə blokları tərəfindən pozulmağa çalışılır. Onun sözlərinə görə, bu bloklar nə ASEAN, nə də Rusiya ilə dost münasibətlər qurmaq niyyətində deyil və bu baxımdan əsas məsul tərəf ABŞ-dir.
“ABŞ-nin Tayvan və Filippinləri hərbiləşdirmə siyasəti region ölkələrində, eləcə də Rusiyada haqlı narahatlıq doğurur”, – deyə Şoyqu bildirib.
Türkanə Məşədiyeva
19:51 11.12.2025
Oxunuş sayı: 930