Der Spiegel Putinin və Trampın təsvir olunduğu qalmaqallı üz qabığı dərc etdi
Almaniyanın nüfuzlu jurnalı Der Spiegel Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin Prezidenti Donald Trampın şəkillərinin yer aldığı yeni üz qabığını yayıb. Üz qabığının başlığı — “İki yaramaz, bir məqsəd” beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.
Bu barədə Crossmedia.az Der Spiegel jurnalına istinadən xəbər verir.
Jurnalın təqdim etdiyi materialda hər iki siyasi fiqurun qlobal siyasətə təsiri, həmçinin onların qərarlarının Qərb dünyası üçün yaratdığı risklər xüsusi vurğulanır. Üz qabığının iddialı başlığı isə Tramp və Putinin son illərdə dünya siyasətində yaratdığı gərginliklərə diqqət çəkmək məqsədi daşıyır.
Der Spiegel dünya gündəminin ən kritik mövzularını işıqlandırması ilə tanınır. Bu dəfəki buraxılış da həm siyasi ekspertlər, həm də ictimaiyyət arasında geniş rezonans doğurub.
Türkanə Məşədiyeva
18:47 11.12.2025
Oxunuş sayı: 1039