Azərbaycanın Tailanddakı səfirliyinin rəsmi açılış mərasimi olub
Dekabrın 11-də Banqkok şəhərində Azərbaycan Respublikasının Tailand Krallığındakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.
Crossmedia.az Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən xəbər verir ki, xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycanın Tailanddakı səfirliyinin açılış mərasimində iştirak edib. Nazir müavin səfirliyin yerləşdiyi binanın qarşısında Azərbaycanın dövlət bayrağını ucaldıb.
Daha sonra xarici işlər nazirinin müavini Elnur Məmmədov və onun tailandlı həmkarı Vijavat İsarabhakdi səfirliyin rəmzi açılışını bildirən lenti kəsiblər.
Mərasimdə çoxsaylı rəsmi qonaqların iştirakı ilə ziyafət təşkil olunub.
18:15 11.12.2025
Oxunuş sayı: 1076