Putin və Ərdoğan Aşqabadda görüşəcək
Rusiya prezidenti Vladimir Putin sabah Türkmənistanın paytaxtı Aşqabada səfər edəcək. Səfər çərçivəsində o, beynəlxalq forumlarda iştirak edəcək və regiondakı tərəfdaşlarla bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırır. Xüsusilə, Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün də nəzərdə tutulduğu bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “Rusiya prezidenti Vladimir Putin sabah Türkmənistanın paytaxtı Aşqabada səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. Bu haqqda Rusiya prezidentinin Mətbuat Katibi Dmitri Peskov bildirib”.
“Prezident sabah Aşqabadda işləyəcək və onun Türkmənistana səfəri üçün hazırlıq gedir. Orada Beynəlxalq Sülh və Etimad İli ilə bağlı beynəlxalq forum keçiriləcək. Forum çərçivəsində prezidentin bir sıra ikitərəfli görüşləri planlaşdırılıb,” – Peskov mətbuat konfransında bildirib.
Rusiya prezidentinin Türkiyə prezidenti Ərdoğanla görüşünün planlaşdırılıb-planlaşdırılmadığı barədə sual verildikdə, Peskov “planlaşdırılır” cavabını verib.
Zeynəb Xuduyeva
17:50 11.12.2025
Oxunuş sayı: 938