Özbəkistanda nağd ödəniş qadağan edildi
Özbəkistan hökuməti 2026-cı ildən etibarən ölkədə iri məbləğli alışların yalnız nağdsız şəkildə həyata keçirilməsi barədə qərar verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, qaydalara əsasən, yeni avtomobillər, mənzillər, alkoqol və tütün məhsulları, su və elektrik enerjisi, yanacaq, eləcə də dəyəri 25 milyon somu (təxminən 1 950 dollar) aşan bütün mallar nağd şəkildə ödənilə bilməyəcək.
Yeni qayda 2026-cı il aprelin 1-də qüvvəyə minəcək. Rəsmi açıqlamaya görə, qərarın məqsədi kölgə iqtisadiyyatı ilə mübarizəni gücləndirmək və ölkədə nağdsız ödənişlərin payını artırmaqdır. Hökumət bunu maliyyə şəffaflığının təmin olunması üçün vacib addım kimi qiymətləndirir.
Nigar Yahyazadə
17:35 11.12.2025
Oxunuş sayı: 1033