Əli Əsədov Türkmənistan prezidenti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və Türkmənistanın daimi neytrallığının 30 illiyi münasibətilə təbriklərini bu ölkənin dövlət başçısına çatdırıb.
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına və təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycanla Türkmənistan arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
17:17 11.12.2025
Oxunuş sayı: 1015