Ceyhun Bayramov Macarıstan Prezidentilə görüşüb - YENİLƏNİB
Macarıstan Prezidenti Tamaş Şuyok Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Macarıstan arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlığın inkişafı məmnunluqla qeyd edilib.
Yüksək səviyyəli qarşılıqlı səfərlərin, daimi siyasi dialoqun, xalqlar arasında təmasların, iki ölkə arasında humanitar əlaqələrin vacibliyi vurğulanıb.
Bununla yanaşı, sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclasının nəticələrinin münasibətlərin inkişafına əlavə təkan verdiyi bildirilib.
Görüşdə Macarıstanın xüsusilə enerji sahəsi olmaqla, Azərbaycanda 3-cü böyük investor olduğu qeyd edilib, bununla yanaşı əczaçılıq və bir sıra digər istiqamətlərdə sərmayə planları nəzərdən keçirilib. Hava nəqliyyatı sahəsində əməkdaşlığın inkişafından məmnunluq qeyd edilib, yaşıl enerji, tranzit-kommunikasiya, təhsil təqaüdlərinin verilməsi və digər istiqamətlərdə işlərin əhəmiyyəti diqqətə çatdırılıb.
Bu və digər məsələlərin müfəssəl şəkildə 3-cü Azərbaycan-Macarıstan Strateji Dialoqu çərçivəsində müzakirə ediləcəyinə dair əminlik ifadə olunub.
Beynəlxalq platformalar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, Avropa İnstitutları çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.
14:21
Macarıstana işgüzar səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstan Prezidenti Tamas Sulyok tərəfindən qəbul edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş ikitərəfli əməkdaşlığın dinamik gündəliyi üzrə fikir mübadiləsi aparmaq və son illərdə əldə olunan irəliləyişi dəyərləndirmək üçün əhəmiyyətli bir platforma yaradıb.
Tərəflər ticarət, investisiya, enerji təhlükəsizliyi, yaşıl texnologiyalar, nəqliyyat əlaqəliliyi, təhsil və mədəni mübadilə kimi əsas sahələr üzrə strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Azərbaycan və Macarıstan arasında qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsində davamlı siyasi dialoqun və yüksək səviyyəli təmasların əhəmiyyəti vurğulanıb.
Regiondakı post-münaqişə reallıqları, Ermənistan ilə normallaşma prosesi, eləcə də Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərinə də toxunulub.
Tərəflər regional və çoxtərəfli çərçivələrdə genişlənən əməkdaşlığı vurğulayaraq iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində ortaq öhdəliyi qeyd ediblər.
17:51 11.12.2025
Oxunuş sayı: 1140