Azərbaycanda "Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı" hazırlanacaq
Azərbaycanda "Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı"nın hazırlanması və tətbiq edilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya"da öz əksini tapıb.
Sənədə əsasən, həmçinin özəl sektorun iqtisadi fəaliyyətinin rəqəmsal transformasiyasına dair dəstək mexanizmləri təqdim ediləcək. Bu mexanizmdən azı 10 müəssisənin faydalanması, azı 12 müəssisənin rəqəmsal transformasiya üzrə dəstək alması və resurslara çıxış imkanlarının genişlənməsi, eləcə də qeyri-neft iqtisadiyyatı üzrə göstəricilərdə rəqəmsal iqtisadiyyatın payının davamlı yüksəldilməsi hədəflənir.
18:30 10.12.2025
Oxunuş sayı: 1171